Belçika AES üzərində üç pilotsuz uçuş aparatı müşahidə edilib

Baş səhifə

Bakı. Trend:

Belçika Atom Elektrik Stansiyası üzərində üç pilotsuz uçuş
aparatı müşahidə edilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Belçikanın “Dül” atom elektrik
stansiyası üzərində gecə saatlarında üç pilotsuz uçuş aparatı (PUA)
müşahidə olunub.




Məlumata görə, hadisə Liyej hava limanında oxşar təhlükə
səbəbindən uçuşların müvəqqəti dayandırılmasından bir neçə saat
sonra baş verib.