Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının
8-ci mərtəbəsində ümumi sahəsi 140 m² olan 4 otaqlı mənzilin
dəhlizində 1 ədəd idman avadanlığı, divar kağızı 4 m² sahədə və 2
ədəd taxtadan ibarət qapı qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mənzilin qalan hissəsi
yanğından mühafizə olunub.




Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.