Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxaracaq – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxaracaq.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
deyib.

“Sülh prosesinin tez bir zamanda başa çatması müharibənin qalibi
olan Azərbaycanı regionda sülhün memarı kimi ön plana çıxaracaq. Bu
düşüncələrlə bir daha bütün Azərbaycanlı qardaşlarımızı Qələbə Günü
münasibətilə təbrik edir və ölkəm və millətim adından ən səmimi
arzularımı çatdırıram”, – deyə Türkiyə Prezidenti bildirib.




Ərdoğan qeyd edib ki, Cənubi Qafqazda 30 ildən çox davam edən
qeyri-sabitlikdən sonra davamlı sülh və əmin-amanlıq üçün fürsət
pəncərəsi açılıb.

Azərbaycan və Ermənistan arasında sülh prosesi kontekstində
atılan addımları alqışladıqlarını vurğulayan Ərdoğan avqustun 8-də
Vaşinqtonda tərəflər arasında əldə edilən razılaşmadan məmnun
olduğunu bildirib.