
Bakı. Trend:
Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram.
Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqda böyük
bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün
minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın
salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini
gətirdim.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən
müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi
paradda çıxışı zamanı bildirib.
“Bu qürur günümüzdə hazırda Türk Dövlətləri Təşkilatındakı
qardaşlarımız da bizimlə eyni coşğunu yaşayır. Zəfərimiz mübarək
olsun”, – deyə o bildirib.


