Maliyyə sahəsində çalışan Bakı sakini 21 yaşlı Tamaşa Hüseynli 5 il əvvəl qazanılan qələbəni bu gün həm sevinc, həm də qürur hissi ilə yad etdiyini bildirib.
O, “Report”a açıqlamasında deyib ki, 16 yaşı olanda qazanılan qələbəni indi gənc qız kimi fəxrlə qeyd edir.
“Sevincliyəm ki, Qarabağın işğaldan azad olunmasının beş ili tamam olur. Həqiqətən çox qürurluyam və bütün xalqımı, millətimi təbrik edirəm. Hər zaman şad, firavan, xoşbəxt günlər arzulayıram”, – T.Hüseynli əlavə edib.
O, beş il əvvəlki Zəfəri belə xatırlayır:
“Həmin dövrdə 16 yaşım var idi. Bütün millət olaraq ayağa qalxıb əsgərlərə dəstək olurduq. Hər dəfə Prezident İlham Əliyev Qələbə xəbərləri açıqlayanda çox sevinirdik. Küçələrə çıxıb “Qarabağ Azərbaycandır!” deyə səslənirdik. Həqiqətən, o günlər heç vaxt yaddaşımdan çıxmır. Artıq beş il əvvəlki zəfəri bu gün gənc qız olaraq qeyd edirəm. Bu gün də qürurla deyirəm: “Qarabağ Azərbaycandır!”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

