
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
APA xəbər verir ki, Baş katib özünün “X” hesabında təbrik mesajı yerləşdirib.
“8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”, – Ömüraliyev qeyd edib.

