Bakı. Trend:
Məşhur mesajlaşma tətbiqi WhatsApp yeni funksiyasını təqdim
edib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, artıq istifadəçiləri ləqəb (nik)
vasitəsilə tapmaq və onlara zəng etmək mümkün olacaq.
Bildirilib ki, bu yenilik telefon nömrələrinin məxfiliyini
qorumaqla istifadəçilərin əlaqə yaratmasını asanlaşdırır.
Funksiya Telegram-da olan oxşar xüsusiyyətə bənzəyir və yaxın
vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacaq.

