Yaşar Gülər Azərbaycana gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr – Zəfər
Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün
Azərbaycana gəlib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X”
hesabında paylaşım edilib.




Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və
digər rəsmi şəxslər qarşılayıblar. Nazirə səfərdə Baş Qərargah
rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri
komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri
komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları
komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.