
Bakı. Trend:
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zəfər Günün
münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən
öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik
edirəm.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük
uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit
inkişaf edir.
Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında siyasi,
iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da
xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və
xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi
arzulayıram”.


