“Mançester Yunayted”in futbolçusu Premyer Liqada ən yaxşı seçildi

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu
müəyyənləşib.

Trend xəbər
verir ki, “Mançester Yunayted”də çıxış edən Brian Mbemo ötən ayın
ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat
yayıb.




Kamerunlu vinger oktyabr ayında ölkə çempionatında meydana
çıxdığı 3 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Yunayted” Brian Mbemonu mövsümün
əvvəlində “Brentford”dan 75 milyon avroya transfer edib.