Bakı. Trend:
Rusiyanın Dağıstan Respublikasında turistləri daşıyan helikopter
qəzaya uğrayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Respublikanın səhiyyə nazirliyi hadisə nəticəsində azı 4 nəfərin
həlak olduğunu, 3 nəfərin yaralandığını bildirib.
İlkin məlumata görə, turistləri Sulak kanyonuna daşıyan
helikopterin göyərtəsində yeddi nəfər olub. Qəza Açi-Su qəsəbəsi
yaxınlığında baş verib. Hadisə nəticəsində ərazidə yerləşən bir
yaşayış evi dağılıb.
Qəzanın səbəbləri araşdırılır.

