Bu şəxslər mənzillə təmin olunacaqlar

Baş səhifə

Bakı. Trend:

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin
və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün
mütəmadi olaraq mühüm addımlar atılır. Bununla bağlı dövlət
tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam
etdirilir.

Trend-in
məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər
çərçivəsində daha bir rayonda – Balakəndə əlilliyi müəyyən edilmiş
şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Belə ki, sözügedən rayonda 12 ədəd üçotaqlı mənzil əlilliyi
müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.




Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə
başlayıb.

Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 1,2
milyon manata başa gələcəyini proqnozlaşdırıb.