Bayram günlərində hava necə olacaq?

Baş səhifə

Bakı.Trend:

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti
açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.

Noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir zəif duman
olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb
küləyi ilə əvəz olunacaq.




Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti
olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-9-10-da havanın əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə
qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var.
Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5,
gündüz 8-13 dərəcə isti təşkil edəcək.