Xankəndi Zəfər Günü konsertinə hazırlaşır (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəm
konsert proqramı təşkil olunacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi
nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert, noyabrın
8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq.

Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib.




Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əks
etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır.

Şəhər bayram ab-havasına bürünüb. Zəfər konsertində tanınmış
ifaçılar, incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhunda
mahnılar səslənəcək. Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5
illiyi qeyd olunacaq.