Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyü real görür

Baş səhifə

Bakı. Trend:

Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmağı real
görür.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ukraynanın avrointeqrasiya
məsələləri üzrə baş nazir müavini Taras Kaçka danışıb.




Kaçkanın sözlərinə görə, Ukrayna Aİ-yə üzvlüklə bağlı
danışıqların 2028-ci ildə başa çatdırılmasını və 2030-cu ilə qədər
tamhüquqlu üzv statusu əldə etməyi “tamamilə real hədəflər”
sayır.

Xatırladaq ki, bundan əvvəl Aİ-nin xarici siyasət üzrə ali
nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Albaniya, Moldova,
Ukrayna və Monteneqro da daxil olmaqla bir sıra yeni ölkələrin
Avropa İttifaqına üzv ola biləcəyini bəyan etmişdi