“Neft Daşları”nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Neft Daşları” yatağından işlənilməsinə başlanılandan bu ilin
noyabrın 1-dək 181,8 milyon ton neft hasil edilib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.




Məlumata görə, hesabat dövründə yataqdan 14,2 milyard kubmetr
qaz hasil edilib.

Qeyd edək ki, “Neft Daşları” – dənizdə salınan ilk neft şəhəri
və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı
məkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft
Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını
qoydu. Həmin gündən etibarən “Neft Daşları” ölkəmizin neft-qaz
sənayesinin inkişafında mühüm rol oynayır.