“SpaceX” 2,6 milyard dollarlıq tezlik lisenziyaları alır

Baş səhifə

Bakı. Trend:

İlon Maskın rəhbərlik etdiyi “SpaceX” aerokosmik şirkəti
“EchoStar Corp”dan 2,6 milyard dollar dəyərində tezlik
lisenziyaları əldə edib.

Trend xəbər verir
ki, razılaşmaya əsasən, ödəniş “SpaceX”in səhmləri ilə həyata
keçiriləcək.




Bu sövdələşmə 2025-ci ilin sentyabrında bağlanmış əvvəlki
razılaşmanın davamıdır. Həmin vaxt “EchoStar” “SpaceX”ə ümumi
dəyəri 17 milyard dollar olan tezlik lisenziyalarını satmışdı.

Məlum olduğu kimi, “EchoStar” peyk rabitəsi və rəqəmsal
infrastruktur sahəsində ixtisaslaşan şirkətdir.