Yeni bir ölkə “İbrahim Sazişləri”nə qoşulacaq – Stiv Uitkoff

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff yaxın vaxtlarda
daha bir ölkənin “İbrahim Sazişləri”nə qoşulacağını bəyan edib.

Trend-in
məlumatına görə, bu barədə Uitkoff Mayamidə keçirilən Amerika
Biznes Forumunda çıxışı zamanı bildirib.

“Bu axşam Vaşinqtona qayıdıram, çünki ‘İbrahim Sazişləri’nə
başqa bir ölkənin qoşulduğunu elan edəcəyik”, – deyə ABŞ rəsmisi
vurğulayıb.




Xatırladaq ki, 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail və
bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması
prosesinə start verilib. Bu təşəbbüs “İbrahim Sülh Sazişləri” adı
ilə tanınır.

İndiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş
sazişlərə qoşulub. Sudan isə prosesə maraq göstərərək deklarativ
hissəni imzalasa da, İsraillə yekun sənədi hələ imzalamayıb. ABŞ
Prezidenti Donald Tramp əvvəllər Səudiyyə Ərəbistanının da
sazişlərə qoşulacağına ümid etdiyini bildirmişdi.