44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin noyabrını 7-nə olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Xocalının iki kəndinin işğaldan azad etməsi
ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və
Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə
bağlı paylaşım edib.

– Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının
topları darmadağın edilib. Düşmənin texnikası və canlı qüvvəsi
məhv edilib.

– Düşmənin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti
mühasirəyə alınaraq məhv edilib.

– Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutub. Düşmən Ağdamın kəndlərini atəşə tutub.

– Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı
yeniyetmə həlak olub.

– Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin növbəti
videogörüntüsü yayılıb.

– Cəbhənin Ağdam istiqamətində düşmən itki verib. Düşmənin növbəti hərbi kolonu məhv edilib.