İndoneziyada vulkan püskürüb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində
Semeru vulkanı püskürüb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə yerli müşahidə məntəqəsi
məlumat yayıb.




Məntəqə əməkdaşlarının bildirdiyinə görə, vulkan püskürməsindən
sonra kül kütləsi təxminən 1000 metr yüksəkliyə ( dəniz
səviyyəsindən 4 676 metrə qədər) qalxıb. Qeyd olunur ki, kül şimal
və şimal-şərq istiqamətlərində yayılır.

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması
Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və vulkanın kraterinə 3
kilometr məsafədən yaxınlaşmamağı tövsiyə edib. Bildirilib ki,
vulkan ətrafa qızmar daş parçaları yaya bilər.