
Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko həmvətənlərinə səslənərək
onları populyar brendlər arxasınca qaçmaq əvəzinə Belarus ticarət
nişanı daşıyan geyimlər almağa çağırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Hər kəs “Gucci” və “Versace” geyinmək istəyir. Mən bəzən
təəccüblənirəm, nə üçün belə cəfəng şeylərə bu qədər pul
xərcləyirsiniz. Öz məhsullarınızı alın, normal şəkildə geyinin.
Necə tikmək lazımdırsa, təklif edin və s.”, – deyə Lukaşenko
bildirib.


