
Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 9-10 noyabr
tarixlərində Kolumbiyada keçiriləcək Avropa İttifaqı (Aİ) və Latın
Amerikası və Karib hövzəsi ölkələri birliyinin (CELAC) sammitində
iştirakdan imtina edib.
Trend xəbər verir
ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat
yayıb.
“CELAC sammitində az sayda dövlət və hökumət başçılarının
iştirak edəcəyini nəzərə alaraq, Avropa Komissiyasının sədri Ursula
fon der Lyayen sammitdə iştirakdan imtina edib və bunu Aİ-nin
Xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasa həvalə edib”, – deyə
Avropa Komissiyasının nümayəndəsi Olof Cill brifinqdə bildirib.


