bp “Azəri-Çıraq-Günəşli” blokunda ümumi hasilat həcmini açıqladı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın şelf zonasında yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG)
yataqları blokunda 1997-ci ilin noyabrında kommersiya hasilatına
başlanıldığı andan etibarən 2025-ci ilin üçüncü rübünün sonunadək
ümumilikdə 4,5 milyard barel neft hasil edilib.

Trend bu barədə
bp-yə istinadən xəbər verir.

Həmin müddət ərzində AÇG-dən dövlətə ümumilikdə 60 milyard
kubmbetr səmt qazı verilib.

Eyni zamanda, 2025-ci ilin ilk üç rübündə yataqda orta gündəlik
hasilat təxminən 327 min barel neft təşkil edib ki, bu da 2024-cü
ilin müvafiq dövründəki 339 min barel göstəricisi ilə müqayisədə
azalma anlamına gəlir.




Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin
podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited”
şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%),
EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş
(2,92%).