Bu ilin 9 ayı ərzində “Şahdəniz” üzrə əməliyyat və əsaslı xərclər artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə
təxminən 1 milyard 836 milyon dollar əməliyyat xərcləri və təxminən
756 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük
əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Trend bu barədə
bp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə “Şahdəniz” üzrə
əməliyyat və əsaslı xərclər müvafiq olaraq 1,780 milyard dollar və
582 milyon dollar təşkil edib ki, bu isə 3,1 faiz artım (illik
ifadədə 29,9 faiz) anlamına gəlir.




Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a),
Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına,
çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz
çatdırılması davam etmişdir.

Şahdənizdə iştirak payları aşağdakı kimidir:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub
Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).