Vaşinqtonda bu gün “Mərkəzi Asiya-ABŞ” sammiti keçiriləcək

Baş səhifə
Vaşinqtonda bu gün Mərkəzi Asiya-ABŞ sammiti keçiriləcək

Vaşinqtonda saat 06.00-da (Bakı vaxtı ilə 03.00 – red.) “Mərkəzi Asiya-ABŞ” sammiti keçiriləcək.

“Report” xəbər verir ki, bu ABŞ Prezidenti Donald Trampın rəsmi qrafikindən məlum olur.

“Prezident saat 06.00-da Oval Kabinetdə Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli görüşlərdə iştirak edəcək”, – qrafikdə qeyd olunub.

Qeyd edək ki, “C5+1” formatı – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ arasında 2015-ci ildə təsis edilmiş dialoq platformasıdır.