Tramp Nyu-Yorkun yeni merinə kömək etməyə hazır olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərinin Demokratlar
Partiyasından seçilmiş meri Zöhran Mamdaniyə şəhərin çiçəklənməsi
naminə kömək etməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Mayamidə
biznes forumu zamanı çıxış edərkən bildirib.




“Görək Nyu-Yorkda kommunist nə edəcək. Görək nə olacaq. Biz
Nyu-Yorkun uğurlu olmasını istəyirik. Bəlkə onlara bir az kömək edə
bilərik”, – deyə D.Tramp bildirib.

Daha əvvəl D.Tramp kommunist adlandırdığı Z.Mamdaninin qalib
gələcəyi təqdirdə, “minimum məbləğ istisna olmaqla” şəhərə federal
maliyyələşdirməni dayandıracağına söz verib. ABŞ prezidenti əmin
olduğunu bildirib ki, Mamdani qalib gələrsə, Nyu-York “tam və
tamamilə iqtisadi və sosial fəlakətlə” üzləşəcək.