ABŞ, Rusiya və Çin nüvə silahsızlanması planı üzərində işləyirlər – Tramp

Baş səhifə

Bakı. Trend:

Vaşinqton, Moskva və Pekin nüvə silahsızlaşdırılması planı
hazırlayırlar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donal Tramp
Mayamidə keçirilən biznes forumundakı çıxışı zamanı deyib.




O, ölkəsinin “ən güclü silahlı qüvvələrə” malik olduğunu
göstərən bir qiymətləndirmə təqdim edib.

“Biz bir nömrəli nüvə gücüyük və bunu etiraf etmək istəmirəm.
Əgər nə vaxtsa bundan istifadə etməli olsaydıq, u, dəhşətli bir
vəziyyət olardı. Rusiya ikinci, Çin üçüncüdür, amma çox
geridədirlər, amma onlar dörd-beş il ərzində bizə çatacaqlar. Onlar
bizə çata bilərlər. Ola bilsin ki, üç [ölkəmizi] nüvəsizləşdirmək
planı üzərində işləyirik, görək işə yarayacaqmı?”, – deyə ABŞ
prezidenti bildirib.