Bakı. Trend:
Filippində baş verən dağıdıcı “Kalmaeqi” tayfunu nəticəsində
110-dan çox insan həlak olub.
Trend-in məlumatına görə, bu barədə “The Philippine Star” qəzeti
xəbər verib.
Məlumata əsasən, fəlakət nəticəsində ən azı 111 nəfər həlak
olub, əksəriyyəti eyni adlı adada yerləşən mərkəzi Sebu
əyalətindədir. Bildirilib ki, əyalət “görünməmiş” daşqınlarla
üzləşib, su axınları avtomobilləri və çay kənarındakı daxmaları
aparıb. Ölənlərin sayı arta bilər.
Xilasedicilərin verdiyi məlumata əsasən, ən təhlükəli
ərazilərdən təxminən 800 min insan təxliyə edilib.

