​“Real” Vinisius barədə qərar verdi

Baş səhifə

“Real Madrid” Vinisius Junioru klubdan göndərmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, futbolçu mövsümün sonunda klubdan göndərilə bilər. “Bild” nəşrinin iddiasına görə, “Real”ın “Barselona”nı 2-1 hesabı ilə məğlub etdiyi oyunda futbolçunun sərgilədiyi davranış klub rəhbərliyini qəzəbləndirib. Vinisiusun etirazından sonra klub rəhbərliyi onun göndərmək qərarına gəlib.

Qeyd edək ki, “Real” – “Barselona” oyununun 72-ci dəqiqəsində əvəzlənən Vinisius Junior buna etiraz edib. O, klubdan gedəcəyini bildirib. Ardınca futbolçu davranışlarına görə üzr istəyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.