2026-cı ildə Azərbaycanda A-95 markalı benzinin istehsalı dayandırılacaq? – SOCAR-dan açıqlama

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 2026-cı ildə qeyri
neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə
müqayisədə 125,0 milyon manat və ya
18,4 faiz çox, neft-qaz sektoru üzrə
196,7 milyon manat və ya 20,2
faiz az nəzərdə tutulur.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya
səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən,
Azərbaycan Respublikasında istehsal olunan və daxili
istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının
nəzərdə tutulmaması
, istehlakın Aİ-92 markalı avtomobil
benzini üzrə 239,9 min ton və ya
14,7 faiz, dizel yanacağı üzrə isə
298,5 min ton və ya 13,7 faiz
azalma ilə proqnozlaşdırılmasıdır.

Qeyri-neft sektoru artım isə növbəti ildən bir sıra aksizli
malların aksiz dərəcələrinin artırılması ilə bağlıdır.




SOCAR-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
2026-cı ildə də Heydər Əliyev adına Neft Emalı Zavodunda
A-92 və A-95 markalı benzinin istehsalı davam
etdiriləcək
:

“Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan
istehsal prosesləri çərçivəsində Avropa standartlarına (Avro-5)
uyğun A-92 və A-95 markalı benzin istehsalı həyata keçirilir.
Məlumat üçün bildiririk ki, 2026-cı ildə də zavodda A-92 və A-95
markalı benzin istehsalı davam etdiriləcək”.

Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və
yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək
keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim
edilməsinə imkan yaradır.