
Bakı. Trend:
Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi
qeydə alınıb. Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış
mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq
xəsarət yetirdiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə bildirilib ki, Rayon Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini
törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı
Vasif Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.


