Bakı. Trend:
2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz
göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin
təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən
10,85 faiz və ya 782,35 mln.
manat çox nəzərdə tutulur.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə
iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci
il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı il üzrə proqnozların tərtibi zamanı əmək
pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım
tempinə uyğun indeksləşdirilməsi (1101,6*100/1009,2=109,2 faiz)
nəzərə alınıb. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı
2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin
602,0 mln. manat olacağı, eləcə də pensiya
məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı
ildə pensiya xərclərinin 7992,88 mln. manat təşkil
edəcəyi proqnozlaşdırılır.


İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal
əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2
faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək
pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün
təqribən 635,59 mln. manatadək olması
gözlənilir.
Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və
bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən
müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində
dəyişikliklər mümkündür.
Belə ki, artım tempinin əlavə olaraq cəmi 1
faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri
təqribən 72,0 mln. manat ətrafında gözlənilir.
Əmək pensiyaları üzrə illik xərclərin hesablanmasının əsas
metodoloji elementlərini aşağıdakı parametrlər təşkil edir:

Əmək pensiyalarının xərclərinin əvvəlki illə müqayisədə artımı
əsasən aşağıdakı amillərlə bağlıdır:
- indeksləşdirilmə ilə bağlı;
- inventarizasiya ilə əlaqədar pensiyaların yenidən
hesablanması; - “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü bəndinə əsasən
(pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya
əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən
hesablandığı gündən sonra 6 il işlədikdə); - il ərzində sistemə yeni daxil (yeni pensiya təyinatları) olmuş
pensiyaçılar və həmin pensiyaçılara ödənilmiş pensiya məbləğləri
ilə il üzrə sistemdən çıxmış pensiyaçılar və həmin pensiyaçılara
hesablanmış pensiya məbləğləri (ölüm, müddət bitməsi və s. ilə
əlaqədar pensiya ödənişinin dayandırılması halları üzrə) arasında
müsbət saldo; - “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci bəndi üzrə
müraciətlə (təminat xərcliyinin 35-50 faizindən 80 faizinə
çatdırılma) əlaqədar; - əlavə sənədlərin təqdim edilməsi ilə əlaqədar yenidən hesablama
(əmək kitabçası, arxiv arayışı, əməkhaqqı arayışı və sair təqdim
edilməsi halları üzrə müraciətlər zamanı); - qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi zamanı hər il
yaş həddinin 6 ay artırılması ilə bağlı tələbin 2027-ci ilin iyulun
1-də başa çatması ilə əlaqədar pensiya sisteminə daxil olan
kontingent sayı artması və s.
Müvafiq amillərin təsirləri nəzərə alınmaqla 2026-cı ildə orta
pensiya məbləğinin 2025-ci ildə gözlənilən 537,0
manat məbləğindən təqribən 7,9 faiz artmaqla
579,2 manat ətrafında məbləğ təşkil edəcəyi
proqnozlaşdırılır.



