Kiberhücumlardan dezinformasiyaya qədər: Müasir müharibənin yeni cəbhələri (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Baku Network” Təhlil və Araşdırmalar İctimai Birliyinin
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan
əleyhinə Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi üzrə
növbəti onlayn görüşü keçirilib.

Trend xəbər verir ki, Elnur
Ənvəroğlunun moderatorluğu ilə baş tutan debatın qonağı Böyük
Britaniyalı fəlsəfə doktoru BBC-nin keçmiş əməkdaşı Devid Uilyam
Parri olub.

Müzakirələr zamanı bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin
zabiti və Pentaqon analitiki Frenk Hoffmanın irəli sürdüyü “Hibrid
müharibə” ifadəsi bu gün öz mahiyyətini tam şəkildə büruzə
verir.

Hoffmanın qeyd etdiyi kimi, bu müharibə tək bir cəbhədə deyil,
bir neçə cəbhələrdə aparıla bilər və insan intuisiyasının asanlıqla
yayına bilən çoxsaylı taktiki və texniki elementləri özündə gizlədə
bilər. Bu gün sürətli texnoloji tərəqqi fonunda hibrid müharibə
artıq ənənəvi döyüş meydanlarında deyil, kölgələrdə – kiberməkanda,
sosial mediada, xəbər otaqlarında və hətta ictimai fikirdə
aparılır.




O, gözəgörünməz olsa da, dağıdıcı dərəcədə təsirlidir; bəzən qan
tökülmədən baş verir, amma içəridən bütöv dövlətləri sarsıtmaq
gücünə malik olur. Debatın qonağı Dr. Perrinin fikrincə, ənənəvi
müharibələrdən fərqli olaraq, hibrid müharibə hərbi təcavüzü
iqtisadi təzyiq, dezinformasiya, siyasi manipulyasiya,
kiberhücumlar və proksi əməliyyatlarla birləşdirir. Bu strategiya
orduları deyil, zəif nöqtələri hədəf alır – bölünmələri
dərinləşdirir, etimadı sarsıdır və bir güllə belə atmadan idarəetmə
strukturlarını zəiflədərək sabitliyi pozur.

Debatın videovariantını təqdim edirik: