
Bakı. Trend:
İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı ciddi
şəkildə yaxşılaşdırmalıdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi
Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”a
müsahibəsində deyib.
Qrossi bildirib ki, İslam Respublikası ilə İsrail arasında iyun
ayında başlayan silahlı münaqişədən sonra BAEA İranda təxminən
onadək yoxlama həyata keçirsə də, agentliyə ABŞ-ın bombaladığı ən
mühüm nüvə obyektlərinə – Fordo, Natanz və İsfahan obyektlərinə
giriş imkanı verilməyib.
“Belə demək olmaz. Bir yandan nüvə silahlarının yayılmaması
haqqında Müqavilə çərçivəsində qalıram, o biri yandan öhdəlikləri
yerinə yetirmirəm…S iz BAEA-dan “yaxşı, müharibə olub, deməli
sizə fərqli kateqoriya kimi yanaşırıq” deməsini gözləyə
bilməzsiniz. Əks halda, mən nüvə materiallarına tam çıxış imkanımı
itirmişəm deməyə məcbur olacağam”,- deyə Qrossi xəbərdar edib.
BAEA baş direktoru əlavə edib ki, hələlik yoxlamaların
pozulmasına görə məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa
ehtiyac yoxdur, lakin əməkdaşlıq ciddi şəkildə
yaxşılaşdırılmalıdır.


