Kamran Əliyev: Azad olunmuş ərazilərdə prokurorluq əməkdaşlarının fəaliyyəti üçün zəruri şərait yaradılıb

Baş səhifə

Azad olunmuş ərazilərdə prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Zəngilanda keçirilən “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

Kamran Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin əsas istiqamətlərini təşkil edir:

“Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azad bu edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti bərpa olunmuş, kadr təminatı gücləndirilib əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb”.