Bakı. Trend:
Türkiyənin hüquq mühafizə orqanları tərəfindən 41 vilayətində
əlaqələndirilmiş şəkildə keçirilmiş silah-sursat qaçaqmalçılığına
qarşı əməliyyatlarda 135 nəfər saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya öz “X”
səhifəsində məlumat bölüşüb.
Əməliyyatlar zamanı 95 ədəd qeydiyyatsız tapança, 3 116 ədəd
pnevmatik tapança, 31 ədəd qeydiyyatsız ov tüfəngi, 2 ədəd əl
qumbarası və 19 467 ədəd silah hissəsi ələ keçirilib. Yerlikaya
bildirib ki, şübhəliləri yaxalamaqla qeydiyyatsız silahlarla
törədilə biləcək cinayətlərin qarşısını alıblar və ictimai asayişi
pozan cinayətkar qruplara, eləcə də mütəşəkkil cinayət
təşkilatlarına silah təmin edilməsinin qarşısını alıblar.

