
Bakı. Trend:
“Arsenal”ın vingeri Maks Douman Çempionlar Liqasının tarixində
ən gənc futbolçu olub.
Trend xəbər verir ki,
ingiltərəli oyunçu turnirin ümumi mərhələsinin 4-cü turunda
“Slaviya” ilə oyunda meydana çıxıb. O, 15 yaş 308 günlük olarkən
72-ci dəqiqədə Leandro Trossardı əvəzləyib.
Douman Yuşufa Mukokonu geridə qoyub. Almaniyalı futbolçu
Çempionlar Liqasında 16 yaş 18 günlük olarkən debüt etmişdi. Lamine
Yamal isə bu turnirdə ilk oyununu 18 yaş 68 günlük olanda
keçirmişdi.


