
İsrail Qəzzada girov götürülmüş şəxsin qalıqlarının olduğu daha bir tabutu təhvil alıb.
APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, əməliyyat Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Hərbçilər tezliklə tabutu İsrail ərazisinə aparacaqlar və burada məhkəmə ekspertləri qalıqları müəyyən edəcəklər.

