
Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edib.
“Report”un məlumatına görə, qarşılaşma “topçular”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.
Zərbəni yerinə yetirən Bukayo Saka isə hədəfdən yayınmayıb. Digər qolları Bay Merino (46, 68) vurub.
Əliyar Ağayev matç boyunca “Slaviya”nın 2, “Arsenal”ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


