Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib

Baş səhifə
Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.

Bu barədə “Report”a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib.