
Bakı. Trend:
“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen zədə
səbəbindən yaxın vaxtlarda komandaya kömək edə bilməyəcək.
Trend xəbər
verir ki, danimarkalı futbolçu son vaxtlar əzələ ağrısı səbəbindən
“Real” və “Elçe” ilə La Liqa matçlarını buraxmışdı.
Kristensen bərpa prosesinə qayıtdıqdan cəmi bir gün sonra
yenidən zədələnib. 29 yaşlı oyunçu bu səbəbdən noyabrın 5-də Bakı
vaxtı ilə saat 00:00-da keçiriləcək Çempionlar Liqasının Liqa
mərhələsinin 4-cü turunun “Brügge”yə qarşı oyununda iştirak
etməyəcək.
Qeyd edək ki, Andreas Kristensen cari mövsümdə “Barselona”nın
heyətində 9 rəsmi matçda meydana çıxıb.


