Ermənistan Qazaxıstan və Rusiyadan dəmir yolu ilə buğda idxalına başlaya bilər

Baş səhifə
Ermənistan Qazaxıstan və Rusiyadan dəmir yolu ilə buğda idxalına başlaya bilər

Ermənistan həm Qazaxıstandan, həm də Rusiyadan yalnız dəmir yolu ilə buğda idxal etməyə başlaya bilər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevork Papoyan parlamentin daimi komissiyalarının birgə iclasında “Ermənistanın 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bununla bağlı iki vacib hadisə baş verir. Ümid edirəm ki, bundan sonra Ermənistan buğdanı yalnız dəmir yolu ilə idxal edəcək. Həm Qazaxıstandan, həm də Rusiyadan idxal iqtisadi cəhətdən çox məqsədəuyğundur, çünki bu halda buğdanın dəyəri əhəmiyyətli dərəcədə azalır”, – o bildirib.