Bu ilin 9 ayında MÖS üzrə ödənişlərin həcmi 590 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sisteminin (MÖS)
əsas komponentləri vasitəsilə həyata keçirilən ödənişlərin həcmi
590.1 milyard manat (ÜDM-in 6.2 misli), ödənişlərin sayı isə 111.8
milyon ədəd olub.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsi zamanı bildirib.




O vurğulayıb ki, ödəniş sistemlərinin sabit və etibarlı
fəaliyyətinin təmin edilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet
istiqamətlərindən biri olub.

“2025-ci ilin 9 ayı ərzində ödəniş kartları ilə ölkə daxilində
aparılmış nağdsız əməliyyatların həcmi 29.1% artaraq 72.2 milyard
manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə
elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 48.5%,
həcmi isə 34.2% artıb”, – deyə T. Kazımov qeyd edib.