Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb

Baş səhifə
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb

Pakistanda Ali Məhkəmə binasının zirzəmisində qaz balonunun partlaması nəticəsində 12 nəfər yaralanıb.

Bu barədə “Report” “Samaa.tv”yə istinadən xəbər verir.

Məlumata görə, hadisə məhkəmə binasının zirzəmisində mərkəzi kondisioner sisteminin təmiri zamanı baş verib.

Məlumat yenilənir