
Bakı. Trend:
Əldə edilmiş naliyyələri qorumaq və artırmaq məqsədilə vergi
inzibatçılığının gücləndirilməsi nəzərə alınaraq, legallaşma
prosesinin davamlılığı üçün əlverişli şərait yaradılıb.
Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü
iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi
haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bununla yanaşı, daha aşağı gəlirli sahələr
üçün vergi yükünün azaldılması və qeyri-neft-qaz özəl sektorun
əməliyyatlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması
barədə təkliflər irəli sürülüb.
“Qeyd olunmalıdır ki, bu məsələlər asan müzakirələrdən keçməmiş,
müxtəlif baxışlar ortaya çıxmışdır. Təqdim olunan sənəd isə vahid
mövqeyi əks etdirir”, – deyə o vurğulayıb.
Xəbər yenilənəcək

