Günəşdə M sinifindən olan partlayış baş verib

Baş səhifə

Bakı. Trend:

Noyabrın 4-də Günəşdə güc baxımından sondan ikinci sinfə aid
olan – M3.5 səviyyəli partlayış qeydə alınıb,

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika
İnstitutu məlumat yayıb.




“4 noyabr, Moskva vaxtı ilə saat 04:48-də (Bakı vaxtı ilə 05:48)
rentgen diapazonunda 4274 (N22E72) ləkə qrupunda M3.5 sinifli, 25
dəqiqə davam edən partlayış qeydə alınıb”,- institutdan
bildirilib.

Günəş alovları rentgen şüalanmasının gücünə görə beş sinfə
bölünür: A, B, C, M və X. Ən zəif sinif A və ən güclü sinif
X-dir.