“PAŞA Bank” və ABİF sahibkarlara 10.000.000 AZN-dək güzəştli kredit imkanı təqdim edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə əməkdaşlıq
çərçivəsində sahibkarlar üçün yeni güzəştli maliyyələşmə proqramına
start verib. Proqramın məqsədi yerli sahibkarlığın dayanıqlı
inkişafını dəstəkləmək, rəqabət qabiliyyətini gücləndirmək, yeni
texnologiyaların tətbiqini təşviq etmək və istehsal sahələrinin
genişləndirilməsi üçün əlçatan maliyyə imkanları yaratmaqdır.

ABİF-in zəmanət və subsidiya mexanizmləri sayəsində sahibkarlar
əlavə təminat və ya yüksək faiz yükü olmadan öz bizneslərini
aşağıdakı şərtlərlə maliyyələşdirə biləcəklər:

  • Məbləğ: 10 000 000 AZN-dək
  • Müddət: 120 ayadək
  • İllik faiz dərəcəsi: 5%-dən başlayaraq

Kreditə müraciət prosesi tam onlayn şəkildə həyata keçirilir, bu
da sahibkarlar üçün vaxt itkisinin qarşısını alır və prosesi daha
çevik edir.




Ətraflı məlumat və müraciət üçün bu linkə keçid edin.

Sahibkarlığın inkişafına verdiyi davamlı dəstəyə görə PAŞA Bank
2024-cü ildə nüfuzlu “Euromoney” jurnalı tərəfindən “Ən yaxşı KOS
bankı”, 2025-ci ildə isə “Azərbaycanın ən yaxşı bankı” adına layiq
görülüb. Bu mükafatlar bankın real sektora yönəlik uzunmüddətli
strateji yanaşmasının və biznes ekosisteminin inkişafına verdiyi
töhfənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.