
Bakı. Trend:
Tamstore marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında “5 gün,
5 gecə Tarixi Endirimlər” sloqanı ilə bütün mağazalarında gündəlik
təlabat məhsullarında xüsusi endirimlər təklif edəcək. Endirimdə
sümüklü dana döş əti 1 kiloqramı 12.99 manat, Hicaz təzə toyuq
paket 1 kiloqram 4.55 manat, banan 1.99 manat, Pegah kərə yağı 1 kq
12.98 manat, Leya günəbaxan yağı 1 litr 2.98 manat, Tajdar
Hindistan basmati düyü kisə 2 kiloqram 5.98 manat, Riçard çay 90
qram 1.74 manat, Ariel 3 kiloqram 9.48 manat olacaq. Qeyd edək ki,
bu özəl kampaniya zamanı 300 çeşid gündəlik tələbat məhsulu 60 %-ə
qədər endirimlə təklif olunacaq.
Bu endirimlərlə paralel “Ninja Qiymətləri Bölür” kampaniyası
çərçivəsində 4000 çeşid məhsul – ət, toyuq, süd məhsulları, meyvə
və tərəvəz, düyü və bakliyyat, kolbasa və sosislər, kərə yağı,
şirniyyatlar, içkilər, təmizlik vasitələri, gigiyenik vasitələr və
s.-də müxtəlif faizli endirimlər olacaq. Endirimlər barədə məlumatı
şirkətin sosial şəbəkələrindən izləyə bilərsiniz.
Qeyd edək ki, Tamstore marketlər şəbəkəsi 2023-cü ildə
fəaliyyətə başlayıb. 2025-ci ilin sonuna Bakı və Azərbaycanın
müxtəlif bölgələrində mağaza sayını 100-ə çatdırmağı palnlaşdırıb.
Bundan başqa şirkət 2026-cı ilə daha 100 market açaraq, filial
sayını 200-ə çatdıracaq. Hal-hazırda 4000 nəfər əməkdaşı olan
şirkət, 2026-cı il üçün əlavə olaraq 4000 yeni iş yeri açmağı
planlaşdırır.

