
Bakı. Trend:
Kamçatka ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri
Petropavlovsk-Kamçatski şəhərindən 168 kilometr məsafədə, 50,4
kilometr dərinlikdə yerləşib.


