Kamçatkada bir gündə 60-a yaxın zəlzələ baş verib

Baş səhifə
Kamçatkada bir gündə 60-a yaxın zəlzələ baş verib

Son 24 saat ərzində Kamçatkada 60-a yaxın seysmik hadisə baş verib, onlardan altısı hiss olunub.

Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

“Son 24 saat ərzində 58 zəlzələ baş verib, onlardan 6-sı Petropavlovsk-Kamçatskidə hiss olunub. Şəhər sakinləri 4 bal gücündə yeraltı təkanlar hiss ediblər”, – xidmət bildirib.

Qeyd olunub ki, regionda seysmik aktivlik yüksək olaraq qalır. Son seysmik hadisələr iyulun 30-da baş vermiş zəlzələnin afterşoklarıdır.